...

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi yeni tikililərlə bağlı monitorinqi gücləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) yeni tikililərdə istifadə olunan zəlzələyə davamlı materialların monitorinqini gücləndirib. Bu bəyanatla bazar ertəsi Bakıda keçirilən Zəlzələyə Davamlı, Enerji Səmərəsi olan Tikinti Materiallarına dair ABŞ-Azərbaycan seminarında fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev çıxış edib. Onun sözlərinə görə, FHN yeni tikililəri mütəmadi analiz edir və müəyyən narahatlıq mövcuddur. Tikinti sahəsində vəziyyət qənaətbəxş deyil. Hacıyev bildirib ki, bu məsələdə əsas yük Bakının üzərinə düşür. FHN-nin statistikasına görə, Bakıda hər kvadrat kilometrə 380 nəfər düşür. Azərbaycan əhalisinin 55%-i Bakıda cəmləşib.

İki gün davam edəcək seminarda ABŞ və Azərbaycan tərəfindən 70 mütəxəssis iştirak edir.

Xəbər lenti

Xəbər lenti