...

Almaniyanın İqtisadi İnkişaf Nazirliyi nazirin Bakıya səfərinin ilkin tarixini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2007 11:51 (UTC +04:00)
Almaniyanın İqtisadi İnkişaf Nazirliyi nazirin Bakıya səfərinin ilkin tarixini açıqlayıb

Azərbaycan, Bakı /müx. Trend A.Bədəlova/ Almaniyanın federal iqtisadi inkişaf naziri Mixael Qlosun Azərbaycana səfəri oktyabrın 19-na planlaşdırılır.

Bu barədə cümə günü bu ölkənin nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Mətbuat xidməti nümayəndəsinin sözlərinə görə, hazırda nazirin Bakıya səfərinin dəqiq qrafiki hazırlanır. Konkret olaraq Bakıda alman şirkətlərinin biznes imkanlarının təqdimatının keçirilməsi və azərbaycanlı biznesmenlərlə əməkdaşlığın genişləndirilməsi planlarının müzakirəsi nəzərdə tutulur.

Əvvəllər Deutsche Bank ARDNŞ-lə ekoloji layihələrin reallaşmasında əməkdaşlığa marağını ifadə edib. Bankın Rusiya və MDB üzrə filialının İdarə Heyəti sədri Yorq Bonqarts Bakıda bəyan edib ki, Deutsche Bank müxtəlif ölkələrdə Kiot protokolu üzrə ekoloji problemlərə böyük əhəmiyyət verir.

Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Viktor Elblinq isə əvvəllər Bakıda bəyan etmişdi ki, Azərbaycan enerji resurslarının Avropaya nəqlində və AB-nin enerji təhlükəsizliyi təminatının artırılmasında əsas mövqelərdən birini əldə etmək üçün böyük potensiala malikdir. Onun fikrincə, Almaniya-Azərbaycan əməkdaşlığı enerji resursları ilə sülhün təminatında vacib rol oynaya bilər.

Bundan əlavə Almaniyanın "E-ON Ruhrgaz" şirkəti Azərbaycandan qazın idxalında maraqlıdır. Əvvəllər Bakıda bu şirkətin vitse-prezidenti Tomas Gisel bildirib ki, təmsil etdiy şirkət Almaniyada ən böyük idxalçılardan biridir və dünyadakı qaz müqavilələrinin böyük portfelinə malikdir. "E-ON Ruhrgaz" Almaniyaya təbii qaz nəqlinin yeni mənbələrini axtarır.

Xəbər lenti

Xəbər lenti