...

Energetika naziri Azərbaycanın qaz hasilatının 2010-cu il üçün proqnozlarını açıqlayıb

Energetika Materials 19 Oktyabr 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Cümə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin verdiyi məlumata görə, Azərbaycanda 2010-cu ildə qaz hasilatı 30 mlrd. kubmetr təşkil edəcək. Qaz hasilatınını yarısından çoxu "Azəri-Çıraq-Günəşli" yatağının payına düşür, bu yatağın işlənməsi üzrə operator BP şirkətidir.

"Bizim ən böyük (qaz) ehtiyatlarımız "Şahdəniz" yatağında yerləşir. 2020-ci ildə bu yataqdan 22 mlrd. kubmetr qaz hasil olunacaq" - deyə nazir bildirib. Nazirin sözlərinə görə, Azərbaycanda hələ də sona qədər işlənməmiş "Naxçıvan", "Abşeron" və "Alov" kimi yataqlar var.

Xəbər lenti

Xəbər lenti