...

ABŞ iqtisadiyyatının resessiyası Avropada neft məhsullarının qiymətinin azalmasına gətirəcək – amerikalı ekspert

Energetika Materials 21 Fevral 2008 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral/ Trend , müxbir A.Bədəlova/ ABŞ iqtisadiyyatının zəifləməsi nəticəsində, Avropada neft məhsullarının qiymətinin azalması mümkündür. Bu barədə cümə axşamı Trend -a Amerikanın Energy Securities Analysis (ESAI) analitik şirkətinin neft bazarları üzrə eksperti Endrü Rid (Andrew Reed) bildirib.

"ABŞ iqtsadiyyatının zəifləməsi tələbatın (enerji daşıyıcılarının) azalmasına səbəb olacaq və bu, Avropada neft məhsullarının qiymətində öz əksini tapacaq", - Rid bildirib.Avropa hər il neft məhsullarının təqribən 1 mlrd. ton neft ekvivalentini istehlak edir.

Amerika iqtisadiyyatının artım templəri investorlarda daha çox qorxu hissi yaradır. İri şirkətlərin təskinlik verməyən çoxsaylı maliyyə hesabatları güman etməyə əsas verir ki, ABŞ iqtisadiyyatının resessiyası qaçılmazıdır. ABŞ-ın iri investisiya bankı Goldman Sachs zəifləmənin bu il başlayacağını gözləyir. Bəzi ekspertlərin rəyinə görə, bu, son onilliklər ərazində ən dərin iqtisadi böhran ola bilər.

ESAİ analitikinin sözlərinə görə, Avropada neft məhsullarının qiymətinin azalması üçün faktor iqtisadiyyatın zəifləməsinə görə, ABŞ-da bu şəffaf neft məhsuluna tələbat azaldığı üçün, Avropaya artıq həcmdə Amerika dizel yanacağının ixracı da ola bilər.

Avropa daxili bazarı təmin etmək üçün kifayət qədər dizel yanacağı istehsal etmir. Buna görə də, o, idxaldan, xüsusən də, yay mövsümündə idxaldan asılıdır. Böyük həcmdə yüksəkkeyfiyyətli dizel yanacağı istehsal edən ABŞ Avropanın tələbatını ödəyə bilər.

"ABŞ-dakı dizel yanacağı artıqı yayda Avropaya satılır, nəticədə. Avropada dizel yanacağının qiyməti çox yüksək olmayacaq", - Rid bildirib.

Avropa böyük həcmdə avtomobil benzini ishtesal edir və bunun artığı ABŞ-a ixrac edilir. "ABŞ-da benzinə təlabatın azalması, bu neft məhsulunun Amerikaya ixracı azaldığına görə, Avropada avtomobil benzinin qiymətinin düşməsinə səbəb olacaq", - ESAİ-nin analitiki bildirib.

Xəbər lenti

Xəbər lenti