...

Azərbaycan Dövlət Neft Şirkətinin "Xəzərdənizneftdonanma"sı 2008-ci ilin birinci rübündə 25 gəmi təmir edib

Energetika Materials 18 Aprel 2008 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel/ " / 2008-ci ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər dəniz neft donanması 25 gəmini təmir edib. Bu barədə ARDNŞ-ın cümə günü yayılan məlumatında deyilir.

Təmir işləri, 25 gəmidən 17-də ARDNŞ-ın müəssisələrində, səkkizində isə digər müəssisələrdə aparılıb.

Beş gəminin təmiri zavodlarda həyata keçirilib, səkkiz gəmidə maşın-mexaniki təmir işləri aparılıb, 12 gəmi isə dok təmirindən keçib.

2008-ci il aprelin 1-ə olan məlumata görə, "Xəzərdənizneftdonanma"-nın balansında 259 gəmi var və onlardan 38-i hazırda təmirdədir.

Xəbər lenti

Xəbər lenti