...

DB Azərbaycan hökuməti ilə infrastruktur layihələri üzrə məsləhətləşmələr aparacaq

Energetika Materials 21 Aprel 2008 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel/ Trend müxbir İ.Xəlilova/ Ekoloji proqram üzrə Azərbaycan hökuməti ilə rəsmi danışıqlarda iştirak etmək və ölkədəki gələcək infrastruktur layihələrini müzakirə etmək üçün Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə aparıcı iqtisadçısı Kristian Pitersen ikigünlük səfərlə Bakıdadır. Bu barədə bankın Bakı nümayəndəliyindən məlumat veriblər.

Abşeron yarımadasının ekoloji təmizlənməsinə dair uzunmüddətli proqramın $349,5 mln. dəyərində birinci fazası üzrə danışıqlar aprelin 28-ə təyin edilib. DB onun reallaşdırılmasına Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri əsasında dörd il güzəştli dövr olmaqla 17 il müddətində illik libor+0,05 $166,5 mln. ayırmağa hazırdır.

Layihənin yekun dəyəri kredit sazişi üzrə aprelin sonu - mayın əvvəlində keçiriləcək danışıqlarda müəyyən ediləcək. Bu kredit Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri əsasında dörd il güzəştli dövr olmaqla 17 il müddətində illik libor+0,05 faiz dərəcə ilə veriləcək.

Layihə üç müstəqil komponentə ayrılıb və müxtəlif dövlət orqanları - Dövlət Neft Şirkəti, Fövqəladə Hallar, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər Nazirliklərini əhatə edir.

Birinci komponet üzrə ARDNŞ üçün möhkəm investisiyalar hesabına qruntun təmizlənməsi üçün avadanlığın əldə edilməsi nəzərdə tutulur. Bundan əlavə, Dövlət Neft Şirkətinin ekoloji təcrübəsinin təkmilləşdirilməsi üçün texniki yardım, o cümlədən bu sahədə strategiya və siyasətin hazırlanması və onların əməliyyat işində tətbiqi nəzərdə tulub. Bu komponet aşağıdakı şəkildə maliyyələşdiriləcək: BYİB tərəfindən $61 avadanlığın alınması üçün ayrılacaq, $124 mln. ARDNŞ tərəfindən isə avadanlığın istismarı, amortizasiya xərcləri, işçi qüvvəsinin əməkhaqqının ödənilməsi üzrə xərclər qismində $124 mln. ayrılacaq.

İkinci komponent üzrə Ramanı və Suraxanıdakı keçmiş yod istehsalı zavodlarının ərazisindəki radioaktiv kömürün təmizlənməsi üçün FHN-ə yardım göstəriləcək. Sovetlər dönəmində bu müəssisələr kömür dənəciklərinin köməyi ilə neft quyularından əldə edilmiş qrunt sularının filtrasiyası yolu ilə yod istehsal edirdilər. Hazırda bu dənəciklər toplanıb və filtrlərdə radioaktiv su (onun tərkibində radon var) yaranıb. Ərazinin təhlükəsizliyini təmin etmək üçün DB onun utilizasiyası məqsədilə vəsait ayıracaq. FHN-ə yardımın ikinci istiqaməti hava limanı yaxınlığında 1 min hektar ərazinin neftlə çirklənmiş torpaq qatlarının təmizlənməsini nəzərdə tutur. Bu tədbirlərin reallaşdırılması üçün BYİB xətti ilə $74 mln., hökumət tərəfindən isə $25 mln. ayrılacağı güman edilir.

Üçüncü komponent üzrə İqtisadi İnkişaf Nazirliyi xətti üzrə məişət tullantılarının idarə edilməsi sisteminin, Ekologiya Nazirliyi xətti üzrə isə ekoloji normalar, standartlar, həmçinin sertifikatlaşdırmanın təkmilləşdirməsi nəzərdə tutulub. Bank onların hazırlanması üçün $31,5 mln. ayırmağa hazırdır. Azərabaycanın payı isə $34 mln. təşkil edəcək.

Bundan əlavə, Kristian Pitersen ölkədəki iqtisadi vəziyyətlə də tanış olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti