Azərbaycan, Bakı, 30 may / Trend ,müxbir E. İsmayılov/ "Azəriqaz" QSC-dən verilən məlumata görə, bu gün Binəqədi, Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarının abunəçilərinə normal qaz verilişi günün ikinci yarısından sonra bərpa olunacaq. Qazın verilməsində məhdudiyyətlər mayın 29-da saat 08:00-dan başlayıb. Bu, Heydər Əliyev hava limanı istiqamətində gedən avtomobil yolunun yenidən qurulması və modul elektrik stansiyasına gedən 500 mm-lik qaz kəmərinin digər fəaliyyət göstərən şəbəkəyə qoşulması ilə bağlıdır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]