...

Avropa bankları Azərbaycanda metanol zavodunun inşası üçün əlavə maliyyələşdirməyə hazırdırlar

Energetika Materials 24 Avqust 2009 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir E.İsmayılov /

Alman, Avstriya və Holland bankları Azərbaycanda metanol istehsal edən zavodun inşası üçün əlavə maliyyələşdirməyə hazırdırlar. Bazar ertəsi zavodun inşası ilə məşğul olan AZMECO şirkətindən bildiriblər.

"Əlavə maliyyələşməyə hər zaman ehtiyac var və Avstriya, alman, və holland bankları bu layihəni maliyyələşdirmək istədiklərini bildiriblər", - mənbədən bildirilib.

Onun sözlərinə görə, hazırda bu banklarla iş aparılır. Mənbə mümkün məbləği söyləməyib.

Zavodun inşasına hələ 2007-ci ildən başlanılıb və bu layihədə AZMECO-nun xüsusi əmanəti 70 milyon dollar təşkil edir. "Layihənin maliyyələşdirilməsi prosesində Azərbaycan Beynəlxalq Bankı, EDC of Canada və Qara dəniz ticarət və inkişaf bankı da iştirak edir", - mənbədən bildiriblər.

Onun sözlərinə görə, hazırda şirkət Avropa Yenidənqurma və İnkişaf Bnkından (AYİB) 120 milyon dollar kredit almaq istiqamətində iş aparır. "İndi bütün işlər AYİB-dən kredit almaq üçün istiqamətlənib", - mənbə əlavə edib.

Zavodun inşası layihəsinin ümumi dəyəri 300 milyon dollardan artıqdır.

Sentyabrın 22-də layihənin AYİB-in Direktorlar Şurası tərəfindən bəyənilməsi gözlənilir. Maliyyələşmə iki tranş üzrə həyata keçiriləcək: vəsaitdən 90 milyon dollar doqquz il müddətinə veriləcək, qalan 30 milyon dollar isə 10 il müddətinə veriləcək.

Qaradağ rayonunda inşa ediləcək metanol istehsal edən yeni zavod gələn ilin üçüncü rübündə istifadəyə veriləcək.

Zavod birinci faza çərçivəsində ildə 720 min ton metanol istehsal etməlidir. Kompleksin inşasının İkinci faza çərçivəsində başa çatdırılması, yəni azot gübrələrinin istehsalı 2011-ci ilə planlaşdırılır. Zavodun inşasının ikinci fazası çərçivəsində 400 min tona yaxın azot gübrəsinin istehsal edilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti