...

ARDNŞ quruda kəşfiyyat quyusunun qazılmasını başa çatdırır

Energetika Materials 26 Avqust 2009 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir S.Əliyev /

ARDNŞ ölkənin şimal-qərb hissəsində, Gürcüstanla sərhəd yaxınlığında yerləşən "Cahandar" quru yatağında kəşfiyyat quyusunun qazılmasını başa çatdırır, bu barədə ARDNŞ-in işə yaxın mənəbəsindən bildirilir. Kəşfiyyat qazma işləri neftin mövcud olması baxımında həyata keçirilir.

Hazırda ARDNŞ "Ümid" perspektivli strukturunda böyük dəniz kəşfiyyat quyusunun qazılmasını həyata keçirir. Perspektivli plan çərçivəsində 2015-ci ilə kimi ARDNŞ "Babək", "Əşrəfi" və "Qarabağ" perspektivli strukturlarında kəşfiyyat işlərinin mərhələlərlə həyata keçirilməsini planlaşdırır, mənbə bildirib. ARDNŞ kəşfiyyatı özü həyata keçirəcək.

Azərbaycanda 57 neft-qaz yatağı var ki, onların da 18-i dənizdə, qalanı isə dənizdə yerləşir. ARDNŞ-in ştatında hazırda 63 min əməkdaş çalışır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti