...

ARDNŞ "Bakı-Novorossiysk" boru kəməri ilə planlı neft həcminin nəqlinə hazırlaşır

Energetika Materials 31 Avqust 2009 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir E.İsmayılov /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı "Bakı-Novorossiysk" şimal neft kəməri ilə sentyabr ayına planlaşdırılan neft həcminin nəqlinə başlayacaq. Bu barədə bazar ertəsi neft-qaz bazarındakı mənbədən məlumat verilib.

"Bu aya olan həcmin nəqlinə sabah Bakı vaxtı ilə saat 11:00-da başlanacaq", - mənbə deyib.

Eləcə də, qrafikə əsasən, planlı texniki işlərin aparılması üçün şimal neft kəməri ilə Azərbaycan neftinin daşınması bir dəfə 8 saatlıq dayandırılacaq. Nəqlin sentyabrın 11-də müvəqqəti dayandırılması planlaşdırılır.

Mənbədən deyildiyi kimi, bu aya planlaşdırılmış neft həcminin daşınmasının sentyabrın 17-də Bakı vaxtı ilə saat 19:00-da başa çatdırılması planlaşdırılır.

Avqusta planlaşdırılan neft həcminin daşınması ayın 28-də başa çatdırılıb.

Bu ay neft kəməri ilə 140 min ton Azərbaycan neftinin nəqli planlaşdırılır. Proqnoza əsasən, oktyabrda 248 min ton, noyabrda 240 min ton, dekabrda isə 140 min ton ixrac etmək planlaşdırılır.

Novorossiysk limanı vasitəsilə ARDNŞ-nin xüsusi neft yüklənməsi həyata keçirilir. Şirkət bu ilin yanvar-iyul aylarında "Bakı-Novorossiysk" şimal boru kəməri vasitəsilə 1,5 milyon tona qədər neft ixrac edib. Keçən ilin müvafiq dövründəki göstərici 782 min tondan çox olub. İyulda bu boru kəməri ilə ötən ilin müvafiq dövründəki təxminən 83,7 min tona qarşı 247 min ton neft ixrac olunub.

2009-cu ildə ARDNŞ "Bakı-Novorossiysk" boru kəməri ilə neft nəqlini 2,5 milyon tonadək artırmaq niyyətindədir. Bu göstərici 2008-ci ildə 1,3 milyon ton olub.

Bu gün Azərbaycan "Bakı-Novorossiysk" boru kəməri ilə ixrac vasitəsilə digər istehsalçıların nefti ilə qarışdırmaya görə Urals markalı neftə çıxış əldə edir.

2007-ci ilin sonuna qədər "Bakı-Novorossiysk" boru kəmərinin operatoru ABƏŞ olub, sonra isə bu finksiyanı ARDNŞ-yə ötürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti