...

Azərbaycan ixrac boru kəmərləri vasitəsilə neft və qaz nəqlini artırıb

Energetika Materials 15 Dekabr 2009 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend /

"Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəməri vasitəsilə yanvar-noyabrda 2008-ci ilin analoji dövründə nəql edilmiş 30,1 milyon ton neftə nisbətdə 35,2 milyon ton neft nəql edilib. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

BTC vasitəsilə bu dövr ərzində yanvar-oktyabrda nəql edilən 1,5 milyon tona nisbətdə "Tengiz" yatağından 1,7 milyon ton Qazaxıstan nefti nəql edilib. Tenqiz neftinin BTC vasitəsilə nəqlinə ötən ilin oktyabrında başlanılıb. 2008-ci ildə (oktyabr-dekabr) BTC vasitəsilə 285,1 min ton Qazaxıstan nefti nəql edilib.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycanın, 249 km-i Gürcüstanın, 1076 km-i isə Türkiyənin ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprelində, neftlə doldurulmasına isə 2005-ci ilin mayında başlanılıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: bp (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz ); Total (5 faiz); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz).

Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə yanvar-noyabrda ötən ildə nəql edilmiş 4,3 milyard kubmetr qaza nisbətdə 4,7 milyard kubmetr qaz nəql edilib.

"Bakı-Tbilisi-Ərzurum" boru kəmərinin uzunluğu 700 kilometrdir. Ötürmə gücü ildə 20 milyard kubmetr qazdan artıqdır. Bu qaz kəməri vasitəsilə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz nəql edilir. Qaz Gürcüstan və Türkiyəyə tədarük edilir. Azərbaycan da qazın alıcısı qismində çıxış edir.

Xəbər lenti

Xəbər lenti