...

"QazMunayQaz" HK" SC "PetroQazaxıstan İnk."in səhmlərinin 33 faizini əldə edib

Energetika Materials 23 Dekabr 2009 20:04 (UTC +04:00)
"QazMunayQaz" Hasilat Kəşfiyyatı" SC (QMQ HK) "QazMunayQaz" Milli Şirkəti"ndən (QMQ MŞ) "PetroQazaxıstan İnk."-in səhmlərinin 33 faizinin alınmasına dair razılaşmanın tamamlanması barədə elan verib.
"QazMunayQaz" HK" SC "PetroQazaxıstan İnk."in səhmlərinin 33 faizini əldə edib

Qazaxıstan, Astana, 23 dekabr / Trend , müxbir K.Konırova/

"QazMunayQaz" Hasilat Kəşfiyyatı" SC (QMQ HK) "QazMunayQaz" Milli Şirkəti"ndən (QMQ MŞ) "PetroQazaxıstan İnk."-in səhmlərinin 33 faizinin alınmasına dair razılaşmanın tamamlanması barədə elan verib. Bu barədə QMQ HK-nın mətbuat xidməti bildirir.

"Əvvəlcə müqavilə QMQ HK-nın Direktorlar Şurası, QMQ MŞ-nin Direktorlar Şurası və səhmdarların növbədənkənar ümumi toplantısında şirkətin müstəqli səhmdarlarının böyük əksəriyyəti tərəfindən bəyənilmişdi", - şirkətin məlumatında deyilir.

QMQ Qazaxıstanda neft hasilatı üzrə lider üçlüyə daxildir. Şirkətin hasilatının həcmi "Qazqermunay" və CCEL ("Karajanbasmunay") şirkətlərinin hissələri hesaba alınmaqla, 2008-ci ildə 11,95 milyon ton (sutkada 240 min barel) təşkil edib. QMQ-nin 2008-ci ilə təsdiqlənmiş ehtiyatı 241 milyon ton (1,8 milyard barel) təşkil edib.

Şirkət 2 milyard ABŞ dolları cəlb edib. 2009-cu ilin iyulunda Standard & Poor's beynəlxalq agentliyi QMQ HK-nın kredit reytinqini "BB+" təsdiq edib, 2009-cu ilin dekabrında isə şirkət "GAMMA-6" reytinqinə yiyələnib.

Əvvəlcə deyildiyi kimi, "PetroQazaxıstan İnk." Şirkətlər Qrupu karbohidrogen kəşfiyyatı və hasilatı ilə, o cümlədən neft və neft məhsullarının satışı ilə məşğul olur. "PetroQazaxıstan İnkş" 16 yataqda hissələrə malikdir və onlardan 11-i işlənmənin müxtəlif mərhələlərindədir. "PetroQazaxıstan İnk." 2008-ci ildə 6 milyon 390 min ton neft (sutkada 136 min barel) hasil edib.

"PetroQazaxıstan İnk."-in ikinci səhmdarı Çinin CNPC Exploration and Development Company Ltd. (CNPC E&D) şirkətidir və şirkətin səhmlərinin 67 faizinə sahibdir.

Xəbər lenti

Xəbər lenti