...

Azərbaycan neftinin qiymətləri: 22-26 fevral həftəsinin yekunları

Energetika Materials 1 Mart 2010 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir E.İsmayılov/

22-26 fevral həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Gürcüstanın Supsa, Batumi və Türkiyənin Ceyhan limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti $77,81/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən $1,38/barel yuxarıdır.

22-26 fevral həftəsində AZERI LT-nin maksimum qiyməti $78,75 /barel, minimum isə $75,8/barel təşkil edib.

Azeri Light-ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14%-dir.

22-26 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti $73,81/barel təşkil edib ki, bu da keçən həftənin orta qiymətindən $0,83/barel yuxarıdır.

22-26 fevral həftəsində URALS-ın maksimum qiyməti $75,17/barel, minimum isə $71,57/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir. Kükürdün miqdarı isə 1,3%-dir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

22-26 fevral həftəsində Brent Dated növünün orta qiyməti $76,19/barel təşkil edib ki, bu da əvvəlki həftənin orta qiymətindən $1,36/barel yuxarıdır.

Ötən həftə Brent-in bir barelinin maksimum qiyməti $77,14/barel, minimum isə $74,09/barel təşkil edib.

Brent Dated-in qatılığı API üzrə 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti