...

ARDNŞ yanvar-fevralda 23 min metrdən çox qazma işləri həyata keçirib

Energetika Materials 9 Mart 2010 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart / Trend /

2010-cu ilin yanvar-fevral ayları ərzində ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 23,35 metr qazma işləri həyata keçirib. 2009-cu ilin anoloji dövründə isə 31,74 metr qazma işləri həyata keçirilmişdi. Bu barədə ARDNŞ-nin çərşənbə axşamı yayılan məlumatında deyilir.

ARDNŞ-nin yanvar-fevralda həyata keçirdiyi qazma işlərinin 22,5 metri istismara, 660 metri isə struktur axtarış qazmasına aid olub.

ARDNŞ 2009-cu ildə 168,2 min metr qazma işləri həyata keçirib, 2008-ci ildə isə bu göstərici 203 min metr təşkil edib.

Xəbər lenti

Xəbər lenti