...

Azərbaycanda Vyetnamın neft şirkətinin nümayəndəliyi qeydiyyatdan keçib

Energetika Materials 7 Yanvar 2011 18:37 (UTC +04:00)
Azərbaycanda "Petroviyetnam" şirkətinin nümayəndəliyi qeydiyyatdan keçib. Bu barədə Azərbaycan Vergilər Nazirliyi saytının "bir pəncərə" bölməsində məlumat verilib.
Azərbaycanda Vyetnamın neft şirkətinin nümayəndəliyi qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Azərbaycanda "Petroviyetnam" şirkətinin nümayəndəliyi qeydiyyatdan keçib. Bu barədə Azərbaycan Vergilər Nazirliyi saytının "bir pəncərə" bölməsində məlumat verilib.

Nümayəndəliyin təsisatçısı "Petroviyetnam" şirkətidir. Rəsmi nümayəndə Cəmaləddin Quliyevdir.

Nümayəndəlik ötən il dekabrın 22-də qeydiyyatdan keçib.

Ötən ilin aprel ayında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və "Petrovietnam oil corporation" Bakıda neftqaz sahəsində "Qarşılıqlı anlaşma haqqında" memorandum və Azərbaycan neftinin Vyetnam NEZ-inə uzunmüddətli nəqli barədə müqavilə imzalayıblar.

Bundan əvvəl ARDNŞ rəhbəri Rövnəq Abdullayev Asiya bazarına çıxışın şirkətin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu bildirib. Bu bazarın böyük hissəsini Vyetnam tutur və imzalanmış müqavilə əsasında ARDNŞ "Petrovietnam" şirkətinin neftinin nəqlini uzunmüddətli əsasda həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti