...

ARDNŞ korrupsiya ilə mübarizədə yeni standartlara keçir

Energetika Materials 8 Oktyabr 2012 19:01 (UTC +04:00)
Beynəlxalq standartlara keçid üzrə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması" sahəsində 9 yeni standartı hazırlanıb və toplu halında şirkətin 10 avqust 2012-ci il tarixli əmri ilə təsdiqlənib.
ARDNŞ korrupsiya ilə mübarizədə yeni standartlara keçir

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir E.İsmayılov/

Beynəlxalq standartlara keçid üzrə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması" sahəsində 9 yeni standartı hazırlanıb və toplu halında şirkətin 10 avqust 2012-ci il tarixli əmri ilə təsdiqlənib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, oktyabrın 4-5-də həmin standartların təqdimatı və müvafiq treninqlər keçirilib. Əvvəlcə ARDNŞ-nin vitse-prezidentləri, şirkətin strukturuna daxil olan idarə və müəssisələrin rəhbərləri, departament və şöbə rəisləri, sonra isə Təlim Tədris Sertifikatlaşdırma İdarəsində müəssisələrin qurum rəhbərləri üçün treninqlər təşkil olunub.

Treninqlərdə beynəlxalq qanunvericiliyin tələblərinə uyğun yeni standartların ARDNŞ-də tətbiqi qaydaları slaydlar vasitəsilə iştirakçılara izah olunub, onların sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, yeni standartlar 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti