...

Metanol əsaslı yanacaq elementləri Ətraf Mühitin Mühafizəsi üzrə Kral Cəmiyyətinin xidmətində

Energetika Materials 14 Yanvar 2013 11:21 (UTC +04:00)
Populyarlığı ildən ilə artan metanol əsaslı yanacaq elementləri artıq bu gün alimlərə təbiətin və tədqiq edilən vəhşi heyvanların üzərində uzunmüddətli müşahidələr aparmaq imkanı verir.
Metanol əsaslı yanacaq elementləri Ətraf Mühitin Mühafizəsi üzrə Kral Cəmiyyətinin xidmətində

Populyarlığı ildən ilə artan metanol əsaslı yanacaq elementləri artıq bu gün alimlərə təbiətin və tədqiq edilən vəhşi heyvanların üzərində uzunmüddətli müşahidələr aparmaq imkanı verir.

"SFC Energy" şirkətinin istehsal etdiyi "Efoy" metanollu yanacaq sistemləri təbiət üzərində uzunmüddətli müşahidələrin aparılması üçün ideal həll kimi artıq bir neçə dəfə müvəffəqiyyətlə istifadə olunmuşdur. Bu il Böyük Britaniyanın Quşların Mühafizəsi üzrə Kral Cəmiyyəti "Efoy" yanacaq sistemlərini cütləşmə mövsümündə ağquyruq dəniz qartallarının üzərində müşahidə aparan video avadanlığın qidalanmasını təmin etmək üçün istifadə edir. "Efoy" yanacaq sistemləri kiçik ölçülərinə, səssiz işləməsinə və uzunmüddətli işləmə imkanına görə seçilmişdir. Metanol əsaslı yanacaq elementləri ilə təchiz edilmiş bu sistem insanın müdaxiləsinə heç bir ehtiyac olmadan metanol yanacağı doldurulmuş bir konteynerlə bir neçə ay ərzində işləyə bilir və heyvanların üzərində müşahidə aparmaq üçün ideal həlldir.

Bu qurğu Şotlandiyada təbii şəraitdə yaşayan ağquyruq dəniz qartallarının populyasiyasının bərpası layihəsinin bir hissəsidir. Böyük Britaniyanın Ətraf Mühitin Mühafizəsi üzrə Agentliyi keçən il angvil balıqlarının keçidi üzərində fasiləsiz monitorinqin aparılmasını təmin etmək üçün Vulstondakı balıq vətəgələrində metanolla işləyən yanacaq elementlərini quraşdırmışdır.

Yanacaq elementi (Fuel Cell) oksigenin və ya digər oksidləşdiricinin iştirakı ilə gedən kimyəvi reaksiya nəticəsində metanol kimi yanacaqdan hasil olunan kimyəvi enerjini elektrik enerjisinə çevirən qurğudur. Yanacaq elementləri ənənəvi batareyalardan və akkumulyatorlardan uzun iş müddəti, yüngül çəkisi və tamamilə səssiz olması ilə fərqlənir. Bundan başqa, yanacaq elementlərinin işləməsi nəticəsində atmosferə heç bir zərərli tullantı buraxılmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti