Azərbaycan, Bakı, 28 yanvar /Trend/
Zərdab və Ucar rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq yanvarın 29-da saat 11:00-dan 18:00-dək "Lək" və "Zərdab" qazpaylayıcı stansiyalarında təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri müddətində Zərdab rayonuna və Ucar rayonunun Lək kəndinə təbii qazın verilməsində fasilələr yaranacaq.