Azərbaycan, Bakı, 29 yanvar /Trend/
Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq yanvarın 30-da saat 10:00-dan etibarən "Yevlax-Balakən" magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarına, eləcə də Ağdaş və Yevlax rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.