...

Ərdoğan: Aİ "Nabucco West" layihəsinə nəzarət etməlidir

Energetika Materials 5 Fevral 2013 16:36 (UTC +04:00)
Avropa İttifaqı "Nabucco West" qaz kəməri layihəsinin həyata keçirilməsi məsələsini öz nəzarəti altına götürməlidir.
Ərdoğan: Aİ "Nabucco West" layihəsinə nəzarət etməlidir

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir A.Tağıyeva/

Avropa İttifaqı (Aİ) "Nabucco West" qaz kəməri layihəsinin həyata keçirilməsi məsələsini öz nəzarəti altına götürməlidir. Trend-in "TRT Haber" telekanalına istinadən yaydığı məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan macar həmkarı Viktor Orbanla görüşü zamanı bəyan edib.

Onun sözlərinə görə, Türkiyə qaz kəmərinin tikintisində tranzit ölkə olaraq, bu layihənin tezliklə reallaşdırılması üçün hər cür səy göstərməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti