...

Taner Yıldız: "Nabucco West" layihəsi TAP-dan daha iddialıdır

Energetika Materials 8 Aprel 2013 12:40 (UTC +04:00)
Xəzər regionundan qazın Avropaya nəqli layihəsi olan "Nabucco West" TAP-dan (Trans Adriatik qaz kəməri) daha iddialıdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.
Taner Yıldız: "Nabucco West" layihəsi TAP-dan daha iddialıdır

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir A. Tağıyeva/

Xəzər regionundan qazın Avropaya nəqli layihəsi olan "Nabucco West" TAP-dan (Trans Adriatik qaz kəməri) daha iddialıdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

"Avropaya qaz tədarükü üzrə yekun marşrutunun seçilməsi zamanı nəqldən əldə edilən iqtisadi mənfəət nəzərə alınacaq. Bu mənada "Nabucco West" daha iddialıdır" , - o bildirib.

Bununla belə, Yıldız qeyd edib ki, yekun marşurutun seçilməsi "Şagdəniz" konsorsuimu tərəfindən veriləcək.

Trans Anadolu (TANAP) layihəsinə gəlincə, nazir deyib ki, cari il ərzində bu layihə çərçivəsində konkret addımlar (xüsusilə hüquqi əsasın yaradılması və topraq işlərinin başlanması) atılacaq.

"Hazırda TANAP qaz kəmərinin keçəcəyi dəqiq marşrutun təyin edilməsi üzərində işləyirik", - o vurğulayıb.

Nazirin sözlərinə görə, bu layihənin həyata keçirilməsi təkcə Türkiyə və Azərbaycana deyil, həm də bütün regiona mənfəət gətirəcək.

Qeyd edək ki, Taner Yıldız Bakıda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti