...

Azərbaycanda ixrac olunan neftin ekspertizasına görə vahid tarif tətbiq edilib

Energetika Materials 27 Aprel 2013 14:52 (UTC +04:00)
Tarif (qiymət) Şurasının qərarına əsasən, 2013-cü il mayın 1-dən ixrac olunan xam neftin mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi bağlı yeni tarif qüvvəyə minir.
Azərbaycanda ixrac olunan neftin ekspertizasına görə vahid tarif tətbiq edilib

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.İsmayılov/

Tarif (qiymət) Şurasının qərarına əsasən, 2013-cü il mayın 1-dən ixrac olunan xam neftin mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi bağlı yeni tarif qüvvəyə minir. Bu barədə Trend Şurasının rəsmi saytına istinadən məlumat verir.

"Mayın 1-dən etibarən ekspertizanın keçirilməsi ilə bağlı göstərilən xidmətlərin dəyəri ixrac olunan məhsulun həcminə görə deyil, hər bir sertifikat üzrə sabit qiymət müəyyənləşdiriləcək", - məlumatda deyilir.

İxrac edilən neftin həcmindən asılı olmayaraq, bir ekspertizanın keçirilməsinə görə xərclər 2300 manat təşkil edəcək.

"Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli qərarı ilə qüvvədə olan tarifə görə 1 ton neftin ekspertizasının aparılması üçün ödəniş haqqı 0,04 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti