...

Azərbaycanda may ayında daha 40 yaşayış məntəqəsi qazlaşdırılıb

Energetika Materials 11 İyun 2013 16:15 (UTC +04:00)
Cari ilin yanvar-may ayları ərzində ölkə üzrə 96 yaşayış məntəqəsi qazlaşdırılıb.
Azərbaycanda may ayında daha 40 yaşayış məntəqəsi qazlaşdırılıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.İsmayılov/

Cari ilin yanvar-may ayları ərzində ölkə üzrə 96 yaşayış məntəqəsi qazlaşdırılıb.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, təkcə may ayında 40 yaşayış məntəqəsi qazlaşdırılıb ki, bu da Ağsu, Şamaxı, Lənkəran, Lerik, Masallı, Yevlax, Bərdə, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Saatlı, Hacıqabul, Quba, Xaçmaz, Şabran, Balakən, Zaqatala, Ağstafa, Biləsuvar və Salyan rayonlarını əhatə edib.

Yanvar-may aylarında əhali kateqoriyasına aid 64 185 yeni abonent təbii qazla təmin olunub ki, bunun da 50 261-i regionların, 13 924-ü isə Bakı şəhərinin payına düşüb. Qeyd edək ki, may ayında 9069 nəfər yeni əhali abonenti təbii qazla təmin olunub.

Müvafiq dövr ərzində əhali kateqoriyasından olan abonentlərin mənzillərində ümumilikdə 266 484 sayğac quraşdırılıb və ya əvəz olunub ki, bunun da 182 767-si "smart-kart" tipli sayğacdır.

Həmçinin, bu dövrdə 4430,3 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 924,9 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti