...

Rumıniya “Nabucco” qaz kəməri layihəsindən imtina edib

Energetika Materials 29 Avqust 2013 14:25 (UTC +04:00)
Rumıniya Prezidenti Trayan Basesku Buxarest tərəfindən "Nabucco West" qaz kəməri layihəsinə xərclədiyi 23 milyon avronu Avropa İttifaqından geri qaytarmağı tələb edib.
Rumıniya “Nabucco” qaz kəməri layihəsindən imtina edib

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir A.Tağıyeva/

Rumıniya Prezidenti Trayan Basesku Buxarest tərəfindən "Nabucco West" qaz kəməri layihəsinə xərclədiyi 23 milyon avronu Avropa İttifaqından geri qaytarmağı tələb edib.

Rumınıya bu layihə vasitəsilə Rusiyanın "Qazprom" şirkətindən asılılığı azaltmaq istəyirdi. Trend-in məlumatına görə, bu barədə Rusiyanın "Kommersant" qəzeti ölkə Prezidentinə istinadən məlumat yayıb.

Rusiya nəşri məlumat verir ki, Brüssel isə hesab edir ki, iddialar yanlış ünvana yönəldilib: "Nabucco" layihəsindən imtina qərarını Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti