...

Brent markalı neftin bir barelinin qiyməti yenə $ 70-dan aşağı enib

Energetika Materials 4 Dekabr 2014 01:48 (UTC +04:00)
Brent markalı neftin bir barelinin qiyməti çərşənbə günü yenə psixoloji həddən $ 70-dan aşağı enib, bunu hərracların nəticələri göstərib.
Brent markalı neftin bir barelinin qiyməti yenə $ 70-dan aşağı enib

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Brent markalı neftin bir barelinin qiyməti çərşənbə günü yenə psixoloji həddən $ 70-dan aşağı enib, bunu hərracların nəticələri göstərib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

OPEK ölkələri Vyanada cümə axşamı keçirilən iclasında təşkilatın növbəti iclasının 2015-ci ilin iyun ayına qədər gündə 30 milyon barel səviyyəsində neft hasilatı üzrə kvotanın saxlanılması qərarına gəliblər. Bu qərar neftin qiymətinin çoxillik minimuma qədər aşağı saldı.

Bundan öncə hərracların gedişində neftin qiyməti ABŞ-da "qara qızılın" kommersiya ehtiyatlarının gözlənilmədən azalması fonunda artırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti