...

BP "Şahdəniz 2" layihəsi üzrə görülən işləri açıqlayıb

Energetika Materials 16 Fevral 2018 12:33 (UTC +04:00)
BP "Şahdəniz 2" layihəsi üzrə görülən işləri açıqlayıb.
BP "Şahdəniz 2" layihəsi üzrə görülən işləri açıqlayıb

Bakı. Trend:

2017-ci il "Şahdəniz 2" və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri üçün çox uğurlu olub.

"BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, hər iki layihə üzrə çox mühüm tikinti, istismar sınaqları və təhvil vermə işləri görülüb və bu işlər üçün 45 milyon təhlükəsiz adam/iş saatı sərf edilib. Hazırda bu layihələr 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinin istirmara verilmə mərhələsinə daxil olmaqdadır.

"Şahdəniz 2" layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99% tamamlanıb.

Sentyabrın 6-da Xəzər dənizinin yeni flaqman gəmisi olan "Xankəndi" istismara verilib. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq "Şahdəniz 2" layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib. 378 milyon ABŞ dolları dəyərində olan bu yeni gəminin Bakıda keçirilmiş rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Xankəndi gəmisi artıq dənizdə "Şahdəniz" yatağı ərazisindədir və orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirir.

2017-ci ildə "Şahdəniz 2" platformalarının hər ikisinin üst modullarının tikintisi başa çatdırılıb. Bu qurğular təhlükəsiz şəkildə yola salınıb və dənizdə quraşdırılıb, hazırda istismar sınaqları davam edir.

Səngəçal terminalında "Şahdəniz 2" üçün genişləndirmə işləri də başa çatıb. Hazırda yeni "Şahdəniz 2" qurğularının istismar sınaqları davam edir və bu il istismara verilmə planına uyğun irəliləyir ki, bu il başlanacaq "Şahdəniz 2" hasilatından olan əlavə qaz həcmlərini qəbul edib emal etməyə hazır olsun.

Şimal cinahında "Xankəndi" hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılmasını artıq bitirib. Səngəçal terminalına aparan sualtı xətlər, quyular, sualtı infrastruktur, "Şahdəniz 2" platforması və terminal ilk dəfə olaraq artıq bir-biri ilə bağlanıb.

Ümumilikdə "Şahdəniz 2" və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti