Bakı. Fidan Babayeva - Trend:
2021-ci ildə Dövlət Neft Fondunun (SOFAZ) gəlirləri 8,001 milyard manat həcmində nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının SOFAZ-ın 2021-ci il büdcə layihəsi barədə rəyində deyilir.
Qeyd olunur ki, bu il Fondun xərcləri isə 12,25 milyard məbləğində proqnozlaşdırılır.
Proqnoza əsasən, 2021-ci ildə SOFAZ-ın büdcə kəsiri 4,249 millyard manat təşkil edəcək.