...

Dövlət Neft Fondu valyuta satışı həcmini açıqlayıb

Energetika Materials 1 İyun 2021 11:20 (UTC +04:00)
Dövlət Neft Fondu valyuta satışı həcmini açıqlayıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci il yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 2 milyard dollar məbləğində valyuta satılıb.

Bu barədə Trend-ə Fonddan bildiriblər.

Manat ekvivalentində bu məbləğ 3,4 milyard manata bərabər olub.

Qeyd edək ki, "2021-ci ildə Dövlət Neft Fondunun büdcəsi haqqında" fərmana əsasən, Fondun xərcləri 12,2 milyard manat təşkil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti