...

Bakı Neft Emalı Zavodunun bəzi qurğuları və "Azərikimya" işini dayandırıb

Energetika Materials 7 Aprel 2022 13:06 (UTC +04:00)
Bakı Neft Emalı Zavodunun bəzi qurğuları və "Azərikimya" işini dayandırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 4-də SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun qurğularının bir hissəsinin planlı profilaktika işləri üçün müvəqqəti dayandırılması prosesi başlayıb.

Bunu Trend-in sorğusuna cavab olaraq SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib.

"Əvvəl də elan etdiyimiz kimi, zavodda planlı işlərdən sonra Avro-5 standartına uyğun dizel istehsalının başlaması üçün lazım olan əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması nəzərdə tutulur. Bu, zavodun modernləşdirilməsi çərçivəsində həyata keçirilir", - deyə o bildirib.

Eyni zamanda, İ.Əhmədovun sözlərinə görə, SOCAR-ın "Azərikimya" İstehsalat Birliyi də profilaktika işləri üçün aprelindən 5-dən işini dayandırır.

"Hər iki müəssisənin paralel dayanması onların vahid qiymət formalaşması zəncirində qarşılıqlı əlaqəsi ilə bağlıdır. Belə ki, neft emalı zavodu "Azərikimya" üçün əsas xammal mənbəyidir" - İ.Əhmədov deyib.

Qeyd edək ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Avro-5 standartına uyğun yanacağın istehsalının 2023-cü ilin ikinci yarısından başlaması gözlənilir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti