...

Yanvarda Azərbaycan 6 min tondan çox neft koks istehsal edib

Energetika Materials 3 Mart 2006 16:55 (UTC +04:00)

Yanvarda Heydər Əliyev adına neft emalı zavodu (keçmiş "Azneftyanacaq") 6,5 min ton neft koks istehsal edib. Bu, proqnoz göstəricisindən 1,4 min ton (27,5%) çoxdur. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft şirkətindən məlumat verilib.

Keçən ilin dekabrında neft koksun istehsalı nəzərdə tutulmasa da, həmin ay bu növ neft məhsulunun istehsal həcmi 7,80 min ton təşkil edib.

Keçən il cəmi 11,63 min ton neft koks istehsal olunub ki, bu da həmin dövrə olan proqnoz göstəricisindən (30,6 min ton) 18,97 min ton, 2004-cü ilin analoji dövr göstəricisindən isə 14,26 min ton azdır.

Azərbaycanda istehsal olunan nef koksun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti