...

Yanvar – fevralda ABƏŞ MOK 2 mln. tondan artıq Azeri Light nefti hasil edib

Energetika Materials 9 Mart 2006 15:17 (UTC +04:00)

2006-cı ilin yanvar - fevralında "Azəri"-"Çıraq"-"Günəşli" (AÇG) dəniz yatağını mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2006-cı ilin yanvarında "Azəri"-"Çıraq"-"Günəşli" (AÇG) dəniz yatağını mənimsəyən Azərbaycan Beynəlxalq əməliyyat şirkəti (ABƏŞ) müqavilə sahəsində 2 mln. 97 min ton Azeri Light nefti hasil edib ki, bu da ötən ilin yanvar-fevral aylarında olduğundan 1 mln. 823 min ton çoxdur. Neft hasilatının artımı ötən ilin fevralında "Azəri" yatağının mərkəzində və 2006-cı ilin yanvarında həmin yatağın qərbində hasilatın başlaması ilə izah olunur.

ABƏŞ-də Trend bildirilib ki, 2006-cı ilin fevralında ümumi həcmdən ABƏŞ "Çıraq"dan 570 min ton neft və "Azəri"dən isə 1 mln. 026 min ton hasil edib.

Bu ilin yanvarında şirkət "AÇG"-də ("Azəri" üstəgəl "Çıraq") 1 mln. 373,7 min ton Azəri Light nefti hasil edib.

Xəbər lenti

Xəbər lenti