...

Azərbaycan Dövlət Neft Şirkəti yanvar-aprel aylarında 3 milyon tona yaxın neft hasil edib

Energetika Materials 3 May 2006 12:40 (UTC +04:00)

2006-cı ilin yanvar-aprel aylarında Dövlət Neft Şirkəti (ARDNŞ), əməliyyat şirkətləri (ƏŞ) və birgə müəssisələr (BM) ölkədəki dənizdəki və quradakı yataqlardan 2,96 mln. tonn neft hasil ediblər ki, bu da ötən ilin analoji dövrü ilə müqafisədə 1,2 min ton azdır.

ARDNŞ-dən Trend ə verilən məlumata görə, ARDNŞ-in NQÇİ-nin yanvar-aprel aylarında neft hasilatı 2,61 mln. ton təşkil edir ki, bu da 2005-ci ilin analoji dövründəkindən 2,7 min ton (və ya 0,1%) azdır.

Yanvar-aprel aylarında xarici şirkətlər BM və ƏŞ çərçivəsində 348,64 min ton neft hasil ediblər ki, bu da 2005-ci ilin yanvar-aprel aylarındakından 1,4 min ton ( və ya 0,4%) çoxdur.

Bu dövrdə Azərbaycanda ümumi qaz hasilatı 2,24 mlrd. m3 təşkil edib ki, bu da 2005-ci ilin analoji dövründə olduğundan 591,9 mln. m3 ( və ya 35,9%) çoxdur. ARDNŞ-in NQÇİ yanvar- aprel aylarında 1,26 mlrd. m3 qaz hasil edib ki, bu da ötən ilin yanvar-aprel aylarındakından 3,9 mln. m3 çoxdur. BM və ƏŞ bu ilin yanvar-aprel aylarında 38,43 mln. m3 qaz hasil ediblər. Bu 2005-ci ilin analoji dövrü ilə müqayisədə 7 mln. m3 azdır. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-aprel aylarında "Azəri-Çıraq-Günəşli" yatağında 939,97 mln. m3 səmt qazı hasil edib ki, bu da 2005-ci ilin analoji döründəkindən 595 mln. m3 çoxdur.

Azərbaycanda 57 neft-qaz yatağı var ki, onlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir. ARDNŞ-in əməkdaşlarının ştatı 59170 nəfər təşkil edir.

2006-cı ilin yanvar-aprel aylarında Azərbaycanda neft və qaz hasilatının ümumi cədvəli belədir:

Neft

(min tonla)

Aprel

Mart

Yanvar-aprel

2006

2006

2006

2005

%

Cəmisi

743,77

758

2959,97

2961,2

99,96

ARDNŞ

NQÇİ

654,1

665,4

2611.33

2614

99,9

BM və ƏŞ

Ş

89,67

92,6

348.64

347,2

100,4

Qaz

(mln. m3)

Cəmisi

584,75

587

2239.31

1647,4

135,9

ARDNŞ NQÇİ

NQÇİ

313,2

323,71

1260.91

1257

100,3

BM və ƏŞ

Ş

9,63

10,43

38.43

45,4

84,6

ABƏŞ

261,92

252,86

939,97

345

272,5

Xəbər lenti

Xəbər lenti