...

"Azərenerji" Naxçıvan MR-də modul elektrik stansiyasının inşa ediləcəyi yeri müəyyən edib

Energetika Materials 3 May 2006 15:49 (UTC +04:00)

"Azərenerji" SC Naxçıvan Muxtar Respublikasında modul elektrik stansiyasının inşa ediləcəyi yeri müəyyən edib. Trend in xəbər verdiyi kimi, bu barədə SC-nin mətbuat xidmətindən xəbər verilib. Elektrik stansiyası Naxçıvan-Ordubad şossesinin 8 km-də inşa ediləcək.

Hazırda həmin yerdə hazırlıq işlərinə başlanılıb. Tikinti işlərinə Şəki və Xaçmazda analoji stansiyaların inşası başa çatdıqdan sonra başlamaq nəzərdə tutulur. Hazırda bu stansiyaların tikintisində layihənin podratçısı Finlandiyanın Warsila şirkətinin mütəxəssisləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti