...

Azərbaycanın Səngəçal terminalında dərinləşdirmə işləri aparılır

Energetika Materials 24 Aprel 2007 19:02 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Hazırda Səngəçaldakı Azərtrans şirkətinə məxsus dəniz neft ötürmə terminalında dəniz dibinin dərinləşdirilməsi üzrə işlər aparılır və terminal işləmir. Bu barədə çərşənbə axşamı Gəmiçilik İdarəsinin rəhbər müavini Muxtar Axundov məlumat verib.

Neft yüklərinin ötürülməsinin əsas həcmi Middle East Petrol şirkəti tərəfindən idarə olunan Dübəndi və Bakıdakı terminalın ("Meşə limanı") payına düşür. Bununla belə, Axundovun qeyd etdiyi kimi, hazırda Xəzər dənizindəki limanlarda yük həcmlərinin azalması müşahidə olunur. O cümlədən, İran və Türkmənistan limanlarında da həcmlər aşağı düşüb.

Xəzərdə 60 min ton dedveytə malik tankerlərin istifadəsi imkanına gəlincə, Gəmiçilik İdarəsinin nümayəndəsi bildirib ki, Xəzərdə bu cür gəmi növlərinin istifadəsi çox çətindir. Bu da dərinliklərin azlığı ilə izah olunur. Abşeron yarımadasından cənubda dənizin dərinliyi 18 metrdən çox deyil. 60 min ton dedveytli tanker bu dərinliyə analoji olaraq suya oturma dərəcəsinə malikdir. Bundan başqa dənizin bu hissəsində dənizdə yerləşən bir çox köhnə özüllər və digər avadanlıqlar mövcuddur.

Bu gəmilər üçün 20-30 mil aralıqda gəminin yan alması üçün körpülərin tikintisi lazımdır.

Xəbər lenti

Xəbər lenti