...

Bakıda qazma işləri ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Energetika Materials 26 İyul 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Oktyabr ayında Bakıda Azərbaycan Qazmaçılar Assosiasiyası tərəfindən təşkil olunmuş qazma işləri ilə bağlı növbəti beynəlxalq konfrans keçiriləcək, cümə axşamı Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumatda belə deyilir.

Konfrans "Deep water drilling" adı altında keçiriləcək və dərin su hissələrində qazma problemləri və məsələlərini əhatə edəcək. Xüsusilə bu işlərin həyata keçirilməsi məqsədilə tətbiq olunan texnologiya və avadanlığın müzakirə olunması nəzərdə tutulur.

Bu il həmçinin qazma sahəsində yüksək ixtisaslı kadrların hazırlanması məsələlərinə xüsusi diqqət ayrılacaq. Konfransın işində 60-a yaxın şəxsin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti