...

Qalıq yanacaqlar gələcəkdə əlçatmaz olacaq - AİB

Yaşıl iqtisadiyyat Materials 4 May 2024 15:38 (UTC +04:00)
Qalıq yanacaqlar gələcəkdə əlçatmaz olacaq - AİB
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Gələcəkdə qalıq yanacaqlar əlçatmaz olacaq.

Trend-in məlumatına görə, bu barədə AİB-in Tbilisidə keçirilən illik toplantısı çərçivəsində jurnalistlərə AİB-in iqlim dəyişikliyi üzrə xüsusi müşaviri Uorren Evans bildirib.

"Reallıq budur ki, gələcəkdə qalıq yanacaqlar, nəhayət, əlçatmaz olacaq. Yeni bərpa olunan enerji mənbələri, günəş, külək və xüsusilə günəş enerjisi indi qalıq yanacaqlardan əldə edilən elektrik enerjisindən daha ucuzdur.

Beləliklə, yaşıl enerjiyə keçid sadəcə yaxşı işdir. Havanın çirklənməsi problemləri azalır və həmçinin, yanacaq idxal etmək məcburiyyətində olan bir çox ölkə bərpa olunan enerji mənbələrinə keçərək, e-mobilliyə doğru irəliləyir. Bu da daha ucuzdur.

AİB-in son bir neçə ildə həyata keçirdiyi əməliyyatlara baxsanız, bu, çox yaxşı bir işdi. Özəl sektor sərmayəsi yaşıl enerjiyə yönəldilib. Beləliklə, bu, yalnız təcrübəyə əsaslanır", - o bildirib.

Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB) İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantının rəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

Xəbər lenti

Xəbər lenti