...

Zaqatala və Balakəndə informasiya texnologiyaları üzrə növbəti treninqlər keçirilib

Telekommunikasiya Materials 6 İyul 2009 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir H. Vəliyev /

Zaqatala və Balakəndə "İnformasiya tTxnologiyaları Akademiyası" layihəsi çərçivəsində kompüter bilikləri üzrə növbəti treninqlər keçirilib. Bu barədə bazar ertəsi Trend -a "İrəli" İctimai Təşkilatından məlumat verilib.

Mənbənin məlumatına görə, Zaqatalada keçirilən treninqlərdə 75 nəfər iştirak edib. Onlardan 69-u sertifikat alıb. Balakəndə isə 134 iştirakçıdan 101-i sertifikata layiq görülüb.

"İrəli" İctimai Təşkilatı tərəfindən reallaşdırılan layihənin əsas məqsədi gənclərin kompüter biliklərinin artırılmasıdır. Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Respublikanın bütün regionlarını əhatə edən layihə mərhələli şəkildə keçirilir. Gəncə, Qazax, Ağstafa, Şəmkir və Tovuzda artıq belə treninqlər keçirilib.

İlin sonuna kimi müəllimlərin, yeniyetmələrin və gənclərin ilkin biliklərinin formalaşdırılması və İT qrupların yaradılması üçün İT treninqlərin keçirilməsi davam etdiriləcək. Layihəyə 50 min nəfər cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti