...

2009-cu ilin yekunlarına görə, Azərbaycanda İKT sektorunun inkişafına investisiya qoyuluşunun həcmi 137,8 mln manat təşkil edib

Telekommunikasiya Materials 11 Mart 2010 14:31 (UTC +04:00)
Ötən ilin yekunlarına görə, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına investisiya qoyuluşunun həcmi 137,8 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2009-cu ilin yekunları üzrə hesabatında bildirilir.

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir H.Vəliyev/

Ötən ilin yekunlarına görə, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına investisiya qoyuluşunun həcmi 137,8 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2009-cu ilin yekunları üzrə hesabatında bildirilir.

Nazirlər Kabinetinin məlumatına görə, İKT sektoruna investisiyaların həcmi respublika iqtisadiyyatına investisiya qoyuluşunun ümumi həcmində 1,8 faiz təşkil edib.

Ötən dövrdə sektor üzrə göstərilən xidmətlərin həcmi 13,1 faiz artaraq, 1010,5 milyon manat təşkil edib.

Sektorun əldə etdiyi gəlirin 77,5 faizi qeyri-dövlət müəssisələri tərəfindən göstərilən xidmətlərin payına düşüb.

Ötən ilin yekunlarına görə, respublikada həyata keçirilən investisiya layihələri çərçivəsində ümumi istifadə üçün telefon xətlərinin nömrə tutumu 46880 nömrə artaraq 1551791 nömrə təşkil edib.

Telefon aparatlarının sayı 87526 ədəd artaraq, 1396282 ədəd təşkil edib. Ötən ilin yekunları üzrə hər 100 ailəyə 67,6 ədəd düşüb. Bu göstərici Bakı üzrə 122, regionlar üzrə 48 ədəd təşkil edib.

Xəbər lenti

Xəbər lenti