...

Azərbaycanda onlayn-ödənişlərin vahid resursu təqdim edilib

Telekommunikasiya Materials 12 İyul 2010 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir H.Vəliyev/

SilverKey şirkəti onlayn-ödənişlərin vahid resursu "hesab.az"ı təqdim edib. Bu barədə şirkətin məlumatında deyilir.

Yeni xidmət Visa, Visa Electron, Maestro və MasterCard plastkc kart sahiblərinə mobil və stasionar rabitə, internet, sığorta xidmətləri, televiziya, kommunal xidmətlər, xeyriyyəçilik vəsaitləri və elektron nəşrlərin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ödəniş kartlarının alınmasını ödəməyə imkan verəcək.

Resursun üstünlüyü hesabların bir saytdan ödənilməsi, abonent kodlarının saxlanması, ödəniş tarixlərinin izlənməsi və hər ödənişdə mükafat xallarının qazanılmasından ibarətdir.

Xəbər lenti

Xəbər lenti