• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Telekommunikasiya

"Bakcell" ölkədə ən geniş əhatə dairəsi olan ən etibarlı şəbəkəyə malikdir

3 Noyabr 2015 16:24 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti daha geniş əhatə dairəsi və daha yüksək ötürmə qabiliyyətinə malik ən etibarlı şəbəkə qurmaq üçün şəbəkənin yenilənməsi və unifikasiyası layihəsi çərçivəsində həyata keçirdiyi genişmiqyaslı işlərin başa çatdırıldığını elan edir.

Bu layihə Azərbaycanda və ümumiyyətlə, dünya üzrə simsiz rabitə sənayesində indiyə qədər həyata keçirilmiş ən kompleks və mürəkkəb layihələrdən biri hesab edilir. Layihənin həyata keçirilməsində Bakcell şirkətinin əsas məqsədi abunəçiləri keyfiyyət, sürət və sabitlik baxımından ən üstün təcrübə ilə təmin etməkdir. Bakcell şirkətinin şəbəkəsi yeni və innovativ xidmətləri daha az istismar xərcləri ilə dəstəkləyəcək. Şirkətin yenilənmiş şəbəkəsi abunəçilərə daha yüksək sürətli (Azərbaycanda mövcud olan mobil şəbəkələr arasında ən yüksək) internet xidməti vasitəsilə HD səs və video kimi innovativ xidmətlər təqdim edəcək.

Son 24 ay ərzində şirkət öz mobil rabitə şəbəkəsini müasirləşdirərək xüsusilə rayonlarda 3G baza stansiyalarının sayını 100% artırıb. Bu isə öz növbəsində şəbəkənin ötürücülük qabiliyyətini 72% gücləndirib, 3G şəbəkəsinin əhatə dairəsi əhali üzrə 14%, ərazi üzrə isə 27% genişləndirilib.

Bu gün Azərbaycanda ən iri şəbəkəyə malik olan Bakcell şirkəti 5300-dən çox 2G, 3G və 4G baza stansiyaları sayəsində bütün ölkə ərazisində, o cümlədən ən ucqar ərazilərdə Bakcell abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin edir.

Bakcell şirkəti üçün bölgələrdə əhatə dairəsinin genişləndirilməsi olduqca vacibdir, buna görə də şirkət tərəfindən xüsusi olaraq kənd yerlərində şəbəkənin əhatə dairəsini genişləndirmək, penetrasiya göstəricilərini və müvafiq müştəri təcrübəsini yüksəltmək üçün nəzərdə tutulmuş 275 3G baza stansiyası quraşdırılıb.

Müasirləşdirmə layihəsi çərçivəsində Bakcell şirkəti 697 2G və 123 3G baza stansiyasının avadanlığını son texnologiyaları dəstəkləyən ən müasir avadanlıqla əvəz edib.

Yüksək keyfiyyətli son nəsil data xidmətlərində istifadə olunan yüksək məlumatötürmə qabiliyyətini dəstəkləmək və abunəçilərə 3G DC-HSPA şəbəkəsində 42 Mbps qədər sürət, LTE-A şəbəkəsində isə 225 Mbps qədər sürət təmin etmək məqsədilə radiotezlik spektri ən optimal şəkildə yenidən təşkil və refarminq edilib.

Bakcell-in baş icraçı direktoru Riçard Şirer qeyd edib: "Heç bir şəbəkə abunəçilərini bu dərəcədə yüksək sürət və müfəssəl əhatə dairəsi ilə təmin edə bilmir. Biz xüsusilə 3G və 4G+ üzərindən yüksək sürətli mobil internet dünyası xidmətlərinin əlçatan olması üçün şəbəkəmizi yenilədik. Bakcell yüksək sürətli internet xidməti vasitəsilə bu xidmətlərin abunəçilərə təqdim olunması üçün daha geniş spektrə malikdir. Daha sadə şəkildə desək, bizim şəbəkəmiz daha sürətli və daha yaxşıdır".

Bakcell-in baş texniki direktoru Yiğit Berktaş bildirib: "Layihə telekommunikasiya sahəsində aparıcı xidmət təchizatçıları olan "Nokia Solutions and Networks" və "Huawei Technologies" şirkətlərinin texnologiya və qlobal təcrübəsindən istifadə etməklə həyata keçirilib. Biz inanırıq ki, şəbəkə resurslarının unifikasiyası layihəsinin təmin etdiyi daha yaxşı əhatə dairəsi, yüksək ötürmə qabiliyyəti, sabitlik və texnologiyalar Bakcell abunəçilərinə göstərilən xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltməklə bərabər, həm də Bakcell mobil rabitə şəbəkəsində təklif olunan yeni mütərəqqi xidmətlərin göstərilməsi üçün möhkəm və uyğunlaşa bilən bir baza yaradacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Bakcell
Azernews Newspaper
Digər xəbərlər
İrana səfər edən Bakcell abunəçiləri üçün fürsət: 1 MB internet = 1 qəpik
Telekommunikasiya 10 Avqust 2016 18:24
"Ulduzum" endirimləri indi Türkiyədə
Telekommunikasiya 24 İyun 2016 14:10
Bakcell Facebook-a pulsuz çıxış imkanı yaradır
Telekommunikasiya 20 İyun 2016 16:00
Bakcell-dən Klass abunəçilərinə növbəti fayda
Telekommunikasiya 13 İyun 2016 17:00
"Applab" layihələri Yeni Fikir müsabiqəsinin qalibləridir
Telekommunikasiya 6 İyun 2016 10:40
Bakcell-ə yeni icraçı direktor təyin edilib (ƏLAVƏ OLUNUB)
Telekommunikasiya 19 May 2016 13:29
"Bakcell" MMC-yə yeni rəhbər təyin edilib (ƏLAVƏ OLUNUB)
Telekommunikasiya 19 May 2016 12:11
Bakcell əməkdaşları Azərbaycanın iki universitetinin tələbələrilə görüşüblər (FOTO)
Telekommunikasiya 17 May 2016 13:35
"Bakcell" abunəçiləri üçün "İnstaqram"dan pulsuz istifadə imkanı
Telekommunikasiya 13 May 2016 13:06
Velosipedlə dünya səyahətinə çıxan azərbaycanlıya Bakcell-dən dəstək
Cəmiyyət 5 May 2016 17:20
"Bakcell" növbəti "Smart Start" təcrübə proqramına start verir
Telekommunikasiya 15 Aprel 2016 18:53
"Bakcell" cəbhə bölgələrində yaşayan abunəçilərinin balansına pulsuz dəqiqələr yükləyib
Telekommunikasiya 4 Aprel 2016 16:24
"Bakcell" AzEduNet ilə əməkdaşlığı gücləndirir
Telekommunikasiya 1 Aprel 2016 17:23
Bakcell-dən balansı idarə etmək üçün yenilik
Telekommunikasiya 21 Mart 2016 12:29
"Whatsapp" Azərbaycanın mobil operatorunun abonentləri üçün pulsuz oldu (FOTO)
Telekommunikasiya 7 Mart 2016 14:22
Bakcell və Wayra UK yerli developerlərə investisiyalar əldə etmək imkanı yaradır
Telekommunikasiya 4 Mart 2016 10:56
Bakcell-dən Facebook-a pulsuz çıxış
Telekommunikasiya 2 Mart 2016 17:56
Hesab.az-dan pulsuz dəqiqələr
Telekommunikasiya 1 Mart 2016 13:02
Ən çox oxunanlar
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Nazir: Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazırdır (ÖZƏL)
Prezident İlham Əliyevin Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb
Əhalinin banklarda 7.7 milyard manatdan artıq pulu var
Nəzər nöqtəsi
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter