...

Azərfon mobil xidmət tariflərinə görə Azərbaycanda digər mobil operatorlarla güclü rəqabət aparacağını bildirib

Telekommunikasiya Materials 27 Dekabr 2006 14:11 (UTC +04:00)

Azərbaycan bazarında Azərfon BM yeni mobil operatorun xidmət tarifləri digər operatorların tarifləri ilə güclü rəqabət aparacaq. Trend xəbər verir ki, bu barədə şirkətin baş direktoru Con Armli məlumat verib.

Onun sözlərinə görə, hazırda şirkət şəbəkənin bazasının yaradılması üzrə işlər görür. Fevral ayında test üzrə işlər başa çatacaq, bundan sonra kommersiya fəaliyyəti başlayacaq.

"2007-ci ildə biz 1,5 mln. abunəçiyə xidmət göstərə biləcəyik. Mənim planım bu proqnozun tezliklə yerinə yetirilməsidir", - deyə şirkət başçısı bildirib.

Azerphone BM-ə mobil rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyasının 28 dekabr 2005-ci il tarixli qərarı ilə verilib. Şirkətin təsisçiləri Aztelekom İstehsalat Birliyi (10%), Almaniyanın Siemens şirkəti (30%) və iki Britaniya şirkətidir (60%).

Şirkət əhatə zonasının genişləndirilməsinə və şirkətin infrastrukturunun inkişafına təxminən 300 mln. ABŞ dolları sərmayə qoymaq fikrindədir. Hazırda şirkətin ştatı 180 əməkdaşdan ibarətdir və hələ də genişlənməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti