...

Azərcell SimSim abonentlərini avqustun 1-də zənglər zamanı şəbəkədə qüsurların olması ehtimalı barədə xəbərdar edir

Telekommunikasiya Materials 31 İyul 2007 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azərcell Telecom BM SimSim müştərilərini avqustun 1-i gecə saat 04.00-dan başlayaraq zənglərdə və bir sıra xidmətlərin həyata keçirilməsində şəbəkədə qüsurların olması ehtimalı barədə xəbərdar edir. Şirkətdən verilən məlumata görə, bu, operator şəbəkəsində müasirləşdirmə işlərinin aparılması ilə əlaqədardır.

Şirkət rabitənin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə dövrü olaraq bu cür tədbirləri həyata keçirir.

Şirkətin abonentlərinin sayı 2,4 mln. nəfərdən artıqdır. 1997-ci ildə, fəaliyyətinin ilk dövrlərində isə bu say cəmi 10 min nəfər idi. Şirkətin rabitə dairəsi Azərbaycan ərazisinin 77, əhalisinin isə 99 faizini təşkil edir.

Azərcell dünyanın 130-dan çox ölkəsi ilə 300-dən çox rouminq müqaviləsinə malikdir.

Azərcell Telecom BM 1996-cı ildə yaradılıb. Azərcell Telecom BM "Fintur Holdings BV" (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. 1996-cı ilin 15 dekabrından fəaliyyətə başlayan şirkət ilkin olaraq müştərilərə sonradan ödəmə sistemi ilə xidmətlər təklif edirdi.

"Fintur Holdings BV"nin səhmlərinin 58,55 faizi "TeliaSonera" şirkətinə, 41,45 faizi isə "Turkcell"ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti