...

Azercell yeni rouminq xidməti təqdim edir

Telekommunikasiya Materials 29 Avqust 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azercell Telecom abunəçilərinə Norveçin "Netcom" və Xorvatiyanın "T-Mobile" operatorları ilə GRPS/MMS rouminq xidməti təqdim edib. Bu barədə şirkətin məlumatında bildirilir.

Bu, "Azercell"in Norveçlə birinci, Xorvatiya ilə isə ikinci rouminq sazişidir. Hazırda "Azercell" abunəçiləri Xorvatiyanın "Vipnet" operatorunun xidmətlərindən yararlanırlar.

"Azercell Telecom" BM-nin hazırda GRPS/MMS rouminq sahəsində 45 ölkənin 95 şəbəkə operatoru ilə müqavilələri var.

Xəbər lenti

Xəbər lenti