...

Iran İsrailə qarşı aksiyaya hazırlaşır

Dünya xəbərləri Materials 4 Oktyabr 2007 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ Oktyabrın 5-də Fələstinin Qüds şəhərinin İsrail tərəfindən işğal olunmasına etiraz olaraq, İran əhalisi ölkənin bütün şəhərlərində kütləvi aksiya keçirəcək. İranın rəsmi İRNA agentliyinin məlumatına əsasən, Ədliyyə Nazirliyi əhalini aksiya keçirməyə çağırdığı bəyannamədə Sionizmə nifrətini bildirib və əhalidən, İranın sabiq dini rəhbəri İmam Xomeyninin, Fələstinin azad olunması barədə verdiyi bəyanatına dəstək olmasını tələb edərək, kütləvi aksiyanın geniş səviyyədə keçirilməsini xahiş edib.

İran Hərbi Qüvvələri Fondu isə, digər bəyannamə ilə əhaliyə müraciətində, gələcəkdə Qüds şəhərinin azad olunmasını vəd edərək, oktyabrın 5-də Sionizmə qarşı dünyanın ən böyük aksiyasının keçiriləcəyini bildirib.

Həmçinin,İranın sabiq prezidenti Məhəmməd Xatəmi, sabiq Milli Məclis sədri Mehdi Kərrubi, Fələstin müqavimətinin müdafiə Fondunun sədri Mohtəşəmipur, prezident aparatı, İran Hizbullah təşkilatı, Qum (Gom) şəhərinin Mollalar Məktəbinin Müəllimləri Fondu və bir çox təşkilatlar ayrı-ayrı bəyanat və çağırışlarla əhaliyə müraciət ediblər.

İranın sabiq dini rəhbəri İmam Xomeyni 1980-ci ild? Ramazan ayının sonuncu cümə gününü "Qüds" günü adlandırılıb. İran müsəlmanları hər ilin bu günündə İsrailə qarşı etiraz aksiyası keçirərək, "İsrailin yer üzündən məhv olması" və "Qüds şəhərinin azad olunması" şüarları veri səsləndirir, İsrailin və ABŞ-ın bayraqlarını yandırırlar.

Xəbər lenti

Xəbər lenti