...

Türkiyənin xarici işlər naziri Ermənistana dəvət edilib

Dünya xəbərləri Materials 19 Fevral 2009 11:28 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Əli Babacan apreldə Yerevanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına dəvət edildiyini bildirib. Bu barədə "TRT Haber" məlumat verib.

Babacan toplantıda iştirak etməsi barədə hələlik qərar vermədiyini bildirib. Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın da eyni təşkilatın toplantısında iştirak etmək üçün İstanbula gəldiyini xatırladan Babacan onu da əlavə edib ki, dəvətin qəbul edilməsi, Yerevana getməsi çox da qeyri-adi bir şey olmayacaq.

Xəbər lenti

Xəbər lenti