ABŞ Dövlət Katibi Hillari Klinton Türkiyənin CNN TÜRK telekanalına verdiyi müsahibədə Türkiyənin  islam və demokratiyanın bir yerdə ola biləcəyinə nümuna olduğunu bildirib 
"Türkiyə ilə ABŞ tarixən müttəfiqdir və Türkiyə bir daha sübüt etdi ki , islam və demekoratiya bir yerdə ola bilər"-deyə Klinton qeyd edib.
ABŞ  Dövlət Katibi onu da qeyd edib ki Türkiyə müsəlman ölkəsi olmasına baxmayaraq burda bütün dinlər və  konvensiyaların nümayəndələri sərbəst şəkildə yaşamaqdadır.
"Türkiyə dünyada liderlik etməyə qadir ölkədir"- deyə o əlavə edib.
ABŞ Dövlət  Katibi  Türkiyədə söz azadlığının da əvvəli illərə nisbətən xeyli yaxşılaşdığını bildirib.