...

Türkiyə prezidenti NATO zirvə toplantısında iştirak etmək üçün Almaniyaya səfər edəcək

Dünya xəbərləri Materials 3 Aprel 2009 13:36 (UTC +04:00)

Türkiyə prezidenti Abdullah Gül NATO-nun 60 illiyinin qeyd olunması münasibətilə keçirilən zirvə toplantısında iştirak etmək üçün bu gün axşam Almaniyaya səfər edəcək. Bu haqda Türkiyənin SABAH qəzeti məlumat verib.

NATO zirvə toplantısında Türkiyə prezidenti ilə birgə ölkənin xarici işlər nazir Əli Babacan, müdafiə naziri Vecdi Gönül də iştirak edəcək.

.Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti