...

Türk ordusu dini siyasətə alət edənlərə qarşıdır - Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı

Dünya xəbərləri Materials 4 May 2009 12:42 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Yaşar Böyükanıt Beykent Universiteti Strateji Araşdırmalar Mərkəzinin (BUSAM) keçirdiyi mətbuat konfransında türk ordusunun dinsiz deyil, dini siyasətə alət edənlərə qarşı olduğunu bildirib.

Bu haqda Türkiyənin "Hürriyət" qəzeti məlumat verib.   

"Türk ordusunu dinsiz bir ordu kimi qələmə vermək doğru deyil. Türk ordusu dinə qarşı deyil, dini siyasətə alət edənlərə qarşıdır", - deyə Böyükanıt bildirib.

Döyükanıt onu da qeyd edib ki, dünyanın heç bir ordusu siyasətə qarışmalı deyil, "bir ordu siyasətə müdaxilə edəcəksə, o ölkədə heç kimə xeyir gəlməz".

"Bir dövlətdə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Komitəsinə inam yoxdursa, bu dövlət xəstədir", - deyə Böyükanıt bildirib.

Böyükanıt onu da deyib ki, bu adıçəkilən qurumlar birgə fəaliyyət göstərmirsə, bu, Konstitusiyanın deyil, dövlət başçısının problemidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti