...

İranın cənubunda zəlzələ baş verib

Dünya xəbərləri Materials 24 Oktyabr 2009 15:59 (UTC +04:00)

Şənbə günü İranın cənub əyaləti Hormuzqanın Fəraqan şəhərində Rixter cədvəli üzrə 4.2 bal gücündə zəlzələ baş verib, İranın FARS agentliyi xəbər veib.

Hormuzqan əyalətinin Tehran Universiteti geofizika institutu yanında seysmoloji mərkəzi zəlzələnin yerli vaxtla saat 06:34 -də (03:04 GMT) baş verdiyini qeyd edib.

Zəlzələ nəticəsində ölən və yaralananlar haqda hələ ki, heç bir məlumat yoxdur.
Ümumiyyətlə, Iranda tez-tez dağıdıcı zəlzələlər baş verir.

Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kerman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdir. Zəlzələ nəticəsində 31 000 insan həlak olmuş və palçıqdan tikilən qədim qala dağılmışdır.

Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7.7 bal gücündə baş vermiş zəlzələ hesab olunur. Zəlzələ nəticəsində 37 000 insan həlak olmuş və Gilan və Zəncan əyalətlərində 100 000 nəfərdən çox insan yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti