...

İranın "Fordo" nüvə obyektinin tikintisi dayandırılmayacaq - Atom Enerjsi Təşkilatının rəhbəri

Dünya xəbərləri Materials 19 Dekabr 2009 12:14 (UTC +04:00)
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi Tehranın "Fordo" uranının zənginləşdirilməsi üzrə öz nüvə obyektinin inşasını dayandırmayacağını təsdiq edir.
İranın "Fordo" nüvə obyektinin tikintisi dayandırılmayacaq - Atom Enerjsi Təşkilatının rəhbəri

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi Tehranın "Fordo" uranının zənginləşdirilməsi üzrə öz nüvə obyektinin inşasını dayandırmayacağını təsdiq edir. Məlumatı Press TV agentliyi yayıb.

"MAQATE-nin İdarəetmə Şurasının qətnaməsi İrana münasibətdə effektli deyil", - Salehi İran tələbələrinin informasiya agentliyində (İSNA) çıxış edərkən deyib.

O əlavə edib ki, Qərb ölkələrinin fəaliyyətinin paytaxtın cənub-qərbindəki "Fordo" AES-in dayandırılmasına istiqamətlənməsi qeyri-qanunidir.

Salehi deyib ki, bir neçə Qərb ölkəsi Tehranı Nüvə Silahının Yayılmaması Müqaviləsindən çıxmağa məcbur etməyə çalışır, lakin İslam Respublikası çatışmazlıqlara baxmayaraq, əvvəl olduğu kimi yenə də müqavilənin şərtlərini yerinə yetirəcək.

Salehi qeyd edib ki, ölkə zəginləşdirmə üçün potensiala malik olsa da, İran Tehran reaktorunun tədqiqatı üçün yanacaq qismində 20% zənginləşdirilmiş uran əldə etməyə üstünlük verir.

Tehran reaktoru tibbi məqsədlər üçün radioizotoplar istehsal edir.

Xəbər lenti

Xəbər lenti